ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması perspektivlərinə şübhə ilə yanaşdığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Tramp Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşün əvvəlində də oxşar bəyanatla çıxış edib.
Ötən həftə “Associated Press” bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat”ın bəyan edilmiş məqsədlərindən birinə – Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq olub.
QAZİLER.AZ