ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Ukraynada nadir torpaq metallarının və minerallarının çıxarılmasına dair saziş imzalamaq niyyətində olduğunu təsdiqləyib.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın baş naziri Kir Starmerlə Ağ Evdə keçirilən görüşün əvvəlində bildirib.
Siyasətçinin sözlərinə görə, ABŞ-nin nadir torpaq metallarına böyük ehtiyacı var.
Məlumatlara görə, Zelenskinin fevralın 28-də Vaşinqtona gəlməsi planlaşdırılır. Səfər zamanı Ukrayna resurslarına dair saziş imzalanacaq.
QAZİLER.AZ