“Dublin Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra sülhməramlı səylərdə iştirak edə bilər”.
Qaziler.az “Times”ə istinadla xəbər verir ki, bu fikirləri İrlandiyanın baş naziri Mixol Martin prezident Volodimir Zelenski ilə görüşündən sonra bildirib.
Siyasətçinin sözlərinə görə, o, dövlət başçısına aydın şəkildə bildirib ki, İrlandiya tərəfi istənilən şəkildə kömək etməyə hazırdır.
“Hər şey hadisələrin necə cərəyan etməsindən asılı olacaq. Mən ona izah etdim ki, İrlandiya sülhməramlı rol da daxil olmaqla, hər cür kömək etməyə hazırdır”, - Martin açıqlamasında deyib.
QAZİLER.AZ