Müharibənin davam etməsini istəyənlər Londonda toplanacaq - Peter Siyarto

Müharibənin davam etməsini istəyənlər Londonda toplanacaq - Peter Siyarto backend

"Londonda Ukrayna ilə bağlı keçirilən sammitdə Macarıstanın işi yoxdur, Avropa ölkələri Ukrayna münaqişəsinin bitməsini istəmir".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

“Müharibənin davam etməsini istəyənlər Londonda toplanacaq... Aydındır ki, belə bir müharibə tərəfdarlarının görüşündə bizim işimiz yoxdur. Biz sülh düşərgəsinə aidik", - Macarıstanın XİN rəhbəri deyib.

Nazir əlavə edib ki, Budapeşt Ukraynadakı vəziyyətin nizamlanması üçün Rusiya və ABŞ arasında başlayan danışıqları dəstəkləyir.

QAZİLER.AZ

Diaspora