Rusiyanın Fransadakı Baş Konsulluğuna hücum edənlərə hökm oxunub

Rusiyanın Fransadakı Baş Konsulluğuna hücum edənlərə hökm oxunub backend

Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə yandırıcı qurğular atan cinayətkarlar 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

Təqsirləndirilən hər iki şəxs əmlaka təhlükəli üsulla ziyan vurmaqda, habelə qanunsuz olaraq partlayıcı qurğu hazırlamaqda ittiham olunub.

Məhkumların cəzalarını evdə çəkəcəkləri bildirilir. Eyni zamanda, onlara bu müddət ərzində elektron bilərziklər taxılacaq.

Qeyd edək ki, fevralın 25-də Rusiyanın Marseldəki konsulluğuna kustar üsulla hazırlanmış partlayıcı qurğular atılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

QAZİLER.AZ

Diaspora