Pentaqon martın 5-dək bu sənədləri silməyi ƏMR ETDİ

Pentaqon martın 5-dək bu sənədləri silməyi  ƏMR ETDİ backend

Pentaqon tabeliyində olan məmurlara müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təşəbbüslərindən bəhs edən bütün rəsmi onlayn materialları silməyi tapşırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Breitbart” məlumat yayıb.

Qeyd olunub ki, bütün bu cür məlumatlar martın 5-dək arxivləşdiriləcək.

“Martın 5-dək qüvvələr (Pentaqon daxilində) bütün real addımları atmalıdır. DEI-ni təbliğ edən bütün xəbər və məqalələri, foto və videoları Müdafiə Nazirliyindən silmək lazımdır. Bu materiallar arxivləşdirilməli və saxlanmalıdır”, — ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnellin qeydində deyilib.

QAZİLER.AZ

Diaspora