Britaniya Ukraynanı ABŞ-nin iqtisadi müstəmləkəsi adlandırdı

Britaniya Ukraynanı ABŞ-nin iqtisadi müstəmləkəsi adlandırdı backend

Kiyevin Vaşinqtonla nadir torpaq ehtiyatlarına dair razılaşması Ukraynanı Amerikanın iqtisadi koloniyasına çevirəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” qəzeti yazıb.

Nəşrin müəllifləri əmindirlər ki, sövdələşmənin tam şərtləri hələ ictimaiyyətə açıqlanmasa da, heç bir halda Ukrayna tərəfinə xeyir verməyəcək.

“Tramp Ukraynanı faktiki olaraq iqtisadi müstəmləkəyə çevirəcək bir şey tələb etdi”, - materialda qeyd olunub.

Qəzetin müəllifləri onu da qeyd ediblər ki, bundan əvvəl Avropa ölkələri nadir torpaq ehtiyatlarının alternativ mənbəyi kimi Ukraynadan istifadə etməyi planlaşdırıblar. Lakin ABŞ-nin bu sxemə müdaxilə etdiyi bildirilir.

Qeyd edək ki, Ukrayna KİV-ləri artıq Kiyev və ABŞ arasında mineral ehtiyatlara dair sazişin mətnini dərc ediblər.

QAZİLER.AZ

Diaspora