BMT Ukraynada aclıq olduğunu bildirib

BMT Ukraynada aclıq olduğunu bildirib backend

BMT-nin Ümumdünya Ərzaq Proqramı bildirib ki, 5 milyona yaxın Ukrayna vətəndaşı aclıqla üzləşib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ÜƏP öz saytında məlumat yayıb.

ÜƏP-nin məlumatına görə, ən çətin vəziyyət Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində yaranıb.

“Ümumilikdə 5 milyon insanın (əhalinin 15 faizi) ərzaq və dolanışıq yardımına ehtiyacı var. Müharibə və enerji böhranı ölkə daxilində ərzaq istehsalı və ticarət tədarük zəncirlərini pozur”, - məlumatda qeyd olunub.

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yerli əhalinin yarıdan çoxu aclıqla üzləşib. Qeyd olunur ki, bəzi mağazalarda ərzaq qiymətləri 25% artıb, bunun fonunda bir çox ukraynalı uşaqlarını yedizdirmək üçün öz yeməklərindən keçirlər, digərləri isə ərzaq almaq üçün borc pul götürməli olurlar.

QAZİLER.AZ

Diaspora