Zelenskinin hansı şərtlə vəzifəsindən istefa verəcəyini XANIMI AÇIQLADI

Zelenskinin hansı şərtlə vəzifəsindən istefa verəcəyini  XANIMI AÇIQLADI backend

Ukrayna prezidenti Volodimir Zelenskinin istefası üçün Kiyevə Qərbdən təhlükəsizlik zəmanətinin verilməsi əsas şərtdir.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu sözləri Ukrayna dövlət başçısının xanımı Yelena Zelenskaya İtaliyanın “Quarta Repubblica” tok-şousunda deyib. Ukraynanın birinci xanımı bildirib ki, onun əri bütün həyatı boyu prezident olmaq istəmir və dövlət başçısının əsas vəzifəsi ölkənin təhlükəsizliyidir.

“Təhlükəsizlik zəmanətləri, nə olursa olsun, Ukraynada olmalıdır ki, o, öz postunu sakitcə tərk edə bilsin”, - Zelenskaya vurğulayıb.

“Əgər Şimali Atlantika Alyansına üzvlük təhlükəsizliyin təminatı sayıla bilərsə, o zaman Zelenski prezident postunu tərk edə bilər”, - Zelenskinin xanımı deyib.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp bəyan edib ki, Ukrayna NATO-ya üzv olmağı unuda bilər. Ağ Ev sahibinin sözlərinə görə, münaqişənin başlanmasına məhz bu istək səbəb olub.

QAZİLER.AZ

Diaspora