Amerikaı iş adamı, ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask etiraf edib ki, dövlət xərclərinin azaldılması istiqamətində görülən işlərə görə onun ünvanına hədələr gəlir.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O vurğulayıb ki, dövlət xərclərinin azaldılması istiqamətində işlər aparılmasa, ölkə faktiki olaraq müflisləşəcək.
"Buna görə də mən buradayam və çoxlu zərbələr və çoxlu təhdidlər alıram", - Mask deyib.
Sahibkar əlavə edib ki, ABŞ hökuməti bütün lazımi iş yerlərini və yaxşı işləyən işçiləri qoruyub saxlamağı planlaşdırır.
QAZİLER.AZ