"Ukrayna Şimali Atlantika Alyansına qoşulmağı unutsun".
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə deyib.
“NATO barəsində unutmaq olar”, - Tramp Kiyevə ediləcək güzəştlə bağlı sualı cavablandırarkən deyib.
Tramp qeyd edib ki, Ukraynanın alyansa üzv olmaq istəyi “hər şeyin başlamasına səbəb” olub.
QAZİLER.AZ