“ABŞ Ukraynaya əhəmiyyətli təhlükəsizlik zəmanəti verməyəcək”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında bildirib. Onun sözlərinə görə, məsuliyyət Avropanın üzərinə düşəcək, çünki onların qonşusudur.
“Mən heç bir əhəmiyyətli təhlükəsizlik zəmanəti verməyəcəyəm. Biz bunu Avropaya həvalə edəcəyik, çünki bildiyiniz kimi, söhbət Avropadan gedir - bu, onların qonşusudur”, - Tramp deyib.
Tramp vurğulayıb ki, Vaşinqton hər şeyin yaxşı getməsi üçün çalışacaq. Həmçinin qeyd edib ki, nadir torpaq metalları sahəsində Kiyevlə əməkdaşlığa hələ də ümid edir, çünki onlar Amerika sənayesi üçün çox lazımdır.
QAZİLER.AZ