ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın təbii ehtiyatları, o cümlədən nadir torpaq metalları ilə bağlı saziş imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələcək.
Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.
Nazirlər Kabinetinin ilk iclasında çıxışı zamanı Tramp sənədin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib.
“Biz çox vacib olacaq bir müqavilə imzalayacağıq. Mən Hovarda (ABŞ-nin ticarət naziri) və Skota (ABŞ-nin maliyyə naziri) gördükləri işlərə görə təşəkkür etmək istəyirəm. Onlar həqiqətən də fantastik iş görüblər və bu saziş nadir torpaq metallarını və başqa şeyləri əhatə edəcək”, — Amerika lideri bildirib.
QAZİLER.AZ