Fransanın Ukraynaya təhvil verdiyi "Mirage-2000" qırıcıları hazırda Polşadadır.
Qaziler.az xəbər verir ki, bu barədə "Arxangel Spetsnaz" teleqram kanalı məlumat yayıb. Müəlliflərin yazdığına görə, təyyarələr fevralın 3-də Minsk-Mazovetski aviabazasına uçub və o vaxtdan orada qalıb.
Kanalın məlumatına görə, bu, onların Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verilməsindən əvvəl edilən standart prosesdir. Polşada təyyarələr yenidən rənglənir, onların funksionallığı yoxlanılır və Ukrayna Silahlı Qüvvələrinin pilotları son sınaqlardan keçirilir. Qeyd olunub ki, Kiyevə təhvil verilən bütün Amerika “F-16” qırıcıları da eyni prosedurdan keçib.
Müəlliflər onu da əlavə ediblər ki, bir ədəd “Mirage-2000D” Rumıniyaya - “Kımpiy Turziy” aviabazasına verilib. Telekanalın məlumatına görə, bu təyyarə də Ukraynaya verilərsə, onun döyüş təyyarələri parkı dörd qırıcıya qədər genişləndiriləcək və bunun sayəsində Kiyev eyni vaxtda daha çox SCALP raketi buraxa biləcək.
QAZİLER.AZ