Sudanda hərbi təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb

Sudanda hərbi təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb backend

Sudanda hərbi təyyarə paytaxt Xartumun qərbindəki Vadi Seydna aviabazasından havaya qalxarkən qəzaya uğrayıb. Hərbçilər və mülki şəxslər də daxil olmaqla, onlarla şəxsin öldüyü bildirilir.

Qaziler.az bildirir ki, bu barədə "Əl-Cəzirə" telekanalına xəbər verir.

KİV-in məlumatına görə, "Antonov" təyyarəsinin qəzaya uğramasının texniki səbəblərdən olması ehtimalı var. Mətbuat təyyarənin yaşayış binasına çırpıldığını da yazıb.

Xartumdakı yüksək rütbəli komandir general-mayor Bəhr Əhməd də daxil olmaqla 19 nəfərin öldüyü bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb, yanğınsöndürənlər hadisə yerində alovun qarşısını ala biliblər.


“Təyyarələrimizdən biri fevralın 25-i axşam saatlarında Vadi Seydna hava limanından qalxarkən qəzaya uğradı”, - Sudan Silahlı Qüvvələri mülki şəxslərin də olduğunu etiraf edərək bildirib.

Təyyarənin növü, qurbanların sayı və qəzanın səbəbi barədə əlavə məlumat verilmir.

QAZİLER.AZ

Diaspora