Tramp ABŞ-da yaşamaq istəyən əcnəbilərə “qızıl kartlar” satmaq istəyir

Tramp ABŞ-da yaşamaq istəyən əcnəbilərə “qızıl kartlar” satmaq istəyir backend

ABŞ prezidenti Donald Tramp ABŞ-da yaşamaq və iş yerləri yaratmaq istəyən əcnəbilərə “qızıl kart” satmağa başlamaq istədiyini bildirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ prezidentinin sözlərinə görə, “qızıl kart”ın qiyməti beş milyon dollar olacaq.

Donald Trampın ideyib ki, bu qərar təxminən iki həftə ərzində qüvvəyə minə bilər.

Rusiyalı oliqarxların “qızıl kart” ala biləcəkləri ilə bağlı suala Donald Tramp belə cavab verib: “Bəli”.

“Mən çox yaxşı insanlar olan bəzi rus oliqarxlarını tanıyıram. Bu mümkündür", - ABŞ prezidenti əlavə edib.

QAZİLER.AZ

Diaspora