Koalisiyanın bir hissəsi olan millətçi Slovakiya Milli Partiyası baş nazir Robert Fitsodan BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməsini dəstəklədiyinə görə üzr istəməsini tələb edib.
Qaziler.az bildirir ki, bu barədə "Dennik N" xəbər verir.
Slovak millətçiləri hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzünün üçüncü ildönümü ilə bağlı BMT qətnaməsinə səsvermə səlahiyyətli nümayəndənin mandatı olmadan keçirilib.
"İstintaqın predmeti Slovakiya Respublikasının BMT-dəki nümayəndəsinə bu şəkildə səs verməyə kimin və nə vaxt razılıq verdiyi barədə məlumat əldə etmək olmalıdır", - partiyadan bildiriblər.
Üstəlik, partiya baş nazir Robert Fikonu "Slovakiya Respublikası adından BMT-də səsverməyə görə dərhal üzr istəməyə" çağırıb.
QAZİLER,AZ