Tusk avropalı liderlərin Londonda müdafiə görüşünü təsdiqləyib

Tusk avropalı liderlərin Londonda müdafiə görüşünü təsdiqləyib backend

Avropa liderləri bu həftə Avropanın təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Londonda görüşəcəklər. Görüşü Polşanın Baş naziri Donald Tusk təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donald Tuskun bəyanatına istinadən  xəbər verir.

Tusk bildirib ki, bir qrup Avropa liderləri müdafiə və təhlükəsizliklə bağlı birgə planları müzakirə etmək üçün bazar günü, martın 2-də Londona gedəcək.

Polşanın baş naziri qeyd edib ki, Avropa Komissiyası müdafiə paketi hazırlayır. Paketin təfərrüatları Avropa İttifaqı liderlərinin martın 6-na planlaşdırılan xüsusi sammitində açıqlanacaq. Ondan bir neçə gün əvvəl ilkin iclas keçiriləcək.

"Biz bu birgə müdafiə planlarını müzakirə etmək üçün britaniyalı dostlarımız və bir qrup liderlə bazar günü Londonda olacağıq", - baş nazir bildirib.

Tusk həmçinin əlavə edib ki, qitədə müdafiə və təhlükəsizlik məsələsində Avropa ölkələrinin sürətli səfərbərliyinə ümid edir.

QAZİLER.AZ

Diaspora