Yeni Zelandiyalı turist Trevi fəvvarəsində çimdiyi üçün Romaya girişi qadağan edilib
İtaliyanın paytaxtı Romaya Trevi fəvvarəsində çimdikdən sonra turistin yenidən səfərinə qadağa qoyulub.
Qaziler.az bildirir ki, bu barədə yerli Fanpage.it nəşri məlumat yayıb.
Hadisənin fevralın 22-dən 23-nə keçən gecə baş verdiyi dəqiqləşir. Avropanın bu şəhərinin məşhur simvolu yaxınlığında növbətçilik edən polis əməkdaşları üç nəfərin suya girmək üzrə olduğunu görüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları niyyətlərindən əl çəkməyə razı salmaq istəyiblər.
Qrupun iki üzvü polisə tabe olub, digəri isə xəbərdarlıqlara baxmayaraq, yenə də fəvvarə atılıb. Narahatlıq yaradan şəxsin Londonda yaşayan 30 yaşlı yeni zelandiyalı turist olduğu üzə çıxıb. Romaya səyahət qadağası ilə yanaşı, səyyah 500 avro cərimələnib.
QAZİLER.AZ