Polşanın baş naziri Donald Tusk nəvələri ilə xizək sürərkən xəsarət alıb.
Qaziler.az bildirir ki, Polşa hökumətinin başçısı fevralın 25-də baş verən hadisə ilə bağlı X sosial şəbəkəsində yazıb.
Baş nazir iki qoltuqağacı ilə çəkilmiş videonu yayımlayıb.
Hökumət başçısı əlavə edib ki, bir neçə gün qoltuqağacı işlədəcək və xəstəlik məzuniyyəti almaq niyyətində deyil. O, həmçinin vətəndaşlara xizək sürməzdən əvvəl həmişə xizəkləri yoxlamağı tövsiyə edib.
"Baş nazirin bütün məsləhətlərinə qulaq asmaq lazım deyil, amma xahiş edirəm ki, bunu ürəkdən qəbul edəsiniz", - Tusk çağırış edib.
QAZİLER.AZ