Slovakiya Ukraynaya verdiyi 3,5 milyard avronu geri istəyə bilər

Slovakiya Ukraynaya verdiyi 3,5 milyard avronu geri istəyə bilər backend

Slovakiya Milli Şurasının vitse-spikeri və Slovakiya Milli Partiyasının sədri Andrey Danko bildirib ki, Ukrayna göstərdiyi yardıma görə Slovakiyaya 3,5 milyard avro qaytarmalı idi.

Qaziler.az “Novinky” xəbər portalına istinadla yazır ki, Andrey Danko Zelenskinin ölkəni dəstəkləmək üçün nəzərdə tutulan bu məbləği necə qaytaracağı ilə maraqlanıb. O, əlavə edib ki, əgər Almaniya fransızlar və amerikalılarla birlikdə öz vəsaitlərinin geri qaytarılmasını tələb etsə, Slovakiya bu məsələdə kənarda dura bilməz.

“Zelenski ora [Ukraynaya] göndərdiyimiz 3,5 milyard avronu bizə necə qaytaracaq? Bizim üçün [Slovakiya] 3,5 milyard avro böyük məbləğdir. Əgər almanlar fransızlar və amerikalılarla birlikdə pullarını geri tələb etsələr, o zaman Slovakiya səssiz qala bilməz”, - Danko deyib.

QAZİLER.AZ

Diaspora