Rusiyanın Marseldəki konsulluğuna 48 və 59 yaşlı iki Fransa vətəndaşı hücum edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Parisdəki səfirliyindən məlumat verilib.
İki şübhəlinin həbsi barədə fevralın 25-də Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski məlumat verib.
Parisdəki səfirlik aydınlaşdırıb ki, şübhəlilər saxlanılandan dərhal sonra respublikanın hakimiyyət orqanları bu barədə Rusiya diplomatik nümayəndəliklərini məlumatlandırıb. Qeyd olunub ki, hücum edən şəxslər həmin gün baş tutan anti-Rusiya aksiyasında iştirak etdikdən sonra müəyyən edilərək saxlanılıblar. Hadisə ilə bağlı istintaq davam etdiyi üçün Fransa polisi təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, fevralın 24-də səhər tezdən Fransanın Marsel şəhərində Rusiyanın Baş Konsulluğunda partlayış baş verib. Bir neçə şəxs diplomatik nümayəndəliyin həyətinə kustar üsulla hazırlanmış partlayıcı ataraq qaçıblar. Konsulluğun hər hansı əməkdaşına zərər dəyməyib.
QAZİLER.AZ