Ukraynada prezident seçkiləri müharibə bitdikdən və möhkəm sülh təmin edildikdən sonra elan ediləcək.
Qaziler.az “Report”a istinadla xəbər verir ki, bu barədə Ali Radasının bəyanatında bildirilib.
“Rada demokratiyaya dəstək haqqında qərarı dəstəkləyib”, - “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenko bildirib.
Onun sözlərinə görə, parlamentin plenar iclasında Ali Radanın Rusiyanın hərbi əməliyyatları şəraitində Ukraynada demokratiyanın dəstəklənməsinə dair bəyanatı ilə bağlı qərarını (No13041) 268 xalq deputatı dəstəkləyib.