"Yaxın 15-20 il ərzində Ukraynanın borclarını ödəyəcək heç nəyi olmayacaq” - Azarov

"Yaxın 15-20 il ərzində Ukraynanın borclarını ödəyəcək heç nəyi olmayacaq” - Azarov backend

"Yaxın 15-20 ildə Ukraynanın Volodimir Zelenski rejiminin borclarını ödəmək üçün pulu olmayacaq".

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov “Telegram” kanalında məlumat verib.

“Yaxın 15-20 il ərzində Ukraynanın Kiyev rejiminin borclarını ödəyəcək heç nəyi olmayacaq”, - o vurğulayıb.

Ukraynanın keçmiş baş nazirinin sözlərinə görə, Ukraynanın ixracı minimuma enib, amma iqtisadiyyat inkişaf edib. Azarov ona diqqət çəkib ki, ölkə tarixində heç vaxt xarici dövlətlərin Kiyevə 100 milyard dollar borc verməsi barədə söhbət olmayıb.

Ukraynanın rəsmi borcu 156 milyard dolları ötüb. O qeyd edib ki, ölkənin ÜDM-i “ən yaxşı halda” 90 milyard dollar təşkil edir.

QAZİLER.AZ

Diaspora