Makron Aİ liderləri ilə ABŞ-yə səfərindən danışacaq

Makron Aİ liderləri ilə ABŞ-yə səfərindən danışacaq backend

Fransa prezidenti Emmanuel Makron digər Aİ liderlərini Vaşinqtona səfərinin nəticələri barədə videobağlantı vasitəsilə məlumatlandıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antonio Kosta “X” sosial şəbəkəsindəki səhifəsində danışıb.

“Avropa Şurasının martın 6-da keçiriləcək fövqəladə iclasına hazırlıq çərçivəsində sabah səhər prezident Emmanuel Makronun Vaşinqtona son səfəri ilə bağlı hesabatını dinləmək üçün Avropa Şurası üzvlərinin videokonfransını təşkil edəcəyəm”, - Kosta bildirib.

Qeyd edək ki, fevralın 24-də Makron Ağ Evə səfər edib. Avropalı dövlət başçısının ABŞ-yə ilk səfəri əsasən Ukraynadakı münaqişənin həllinin müzakirəsinə həsr olunub.

QAZİLER.AZ

Diaspora