Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri geyim və ləvazimatların üzərindən Amerika bayrağı olan nişanları qoparmağa başlayıblar,
Qaziler.az xəbər verir ki, “The Independent” nəşri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə istinadən məlumat yayıb. Onlar bu jesti Donald Trampın hərəkətlərinə görə ABŞ-la həmrəylik nümayiş etdirməkdən imtina kimi izah ediblər. Əsgərlər siyasətçinin onlara simpatiyasının olmadığını etiraf ediblər.
“Biz bilirik ki, Trampın Ukraynaya simpatiyası yoxdur. Tramp özünü sevir”, - nəşr “Volvo” ləqəbli ukraynalı hərbi həkimdən sitat gətirib.
Söhbət Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyindən gedir. Ukraynalı hərbçinin sözlərinə görə, əsgərlər Amerikanın dəstəyi olmadan tab gətirə biləcəklərini qiymətləndirirlər. Döyüşçülər ABŞ-nin köməyinin onlar üçün güclü mənəvi amil olduğunu etiraf ediblər.
QAZİLER.AZ