Ərdoğan Sorosu bağışlamadı

Ərdoğan Sorosu bağışlamadı backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gəzi hadisələri”nə (28 may-30 avqust, 2013) birbaşa dəstək verdiyini açıqlayan amerikalı milyarder Corc Sorosun görüş istəyinə “yox” deyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” qəzetinin yazarı Murad Kəlkitlioğlu öz köşəsində yazıb.


Məlumata görə, Soros 1 noyabr parlament seçkisində AKP-nin heç kimin gözləmədiyi şəkildə qalib gəlməsindən sonra Ərdoğanla aranı düzəltməyə çalışıb.

“Böyük ehtimalla daha öncə qurduğu yanlış ittifaqlara görə üzr istəyəcək və yaranmış yeni vəziyyət üçün mövqeyini gücləndirməyə çalışacaqdı. Lakin bu istəyi baş tutmadı. Ərdoğan Sorosla görüşə “yox” dedi”, - Kəlkitlioğlu bildirib.ağışlamadı
Diaspora