İranda azərbaycanlı ata və qızları həbs olunub

İranda azərbaycanlı ata və qızları həbs olunub backend

İranda televiziyasında azərbaycanlı türklərin təhqir edilməsi ilə bağlı keçirilən aksiyalar davam edir. Musavat.com İran mətbuatına istinadən bildirir ki, noyabrın 12-də Əhər şəhərində azərbaycanlı milli-mədəni fəallar Müəllim meydanı adlanan ərazidə etrazlar keçirib. Şəhərin icra başçısı keçiriləcək aksiya ilə bağlı əhaliyə xəbərdarlıq etsə də insanlar meydana toplaşıb İran Teleradiosunun türkləri təhqir etməsini pisləyib və fars irqçiliyinin əleyhinə şüarlar səsləndiriblər. Nəticədə İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib, 20-dən çox etiazçı saxlanılıb. Onlardan İbrahim Nuri, Əkbər Əbulzadə, Əkbər Cahangiri, Hamid Allahverdi, Vahid Bəstami, Abbas Daniş, Əlirza Çingizi və Süleyman Kaziminin adları çəkilir.


Məlumata görə saxlanılar arasında 2 azərbaycanlı bacılar, 15 yaşlı Günəş və 20 yaşlı tələbə Pinar Molla Abbasi və onların atası Saleh Molla Abbasi də var. Bacıların evlərində tutularaq naməlum istiqamətə aparıldığı, atanın isə aksiya zamanı həbs olunduğu bildirilir.
Xatırladaq ki, noyabrın 6-da, İranın dövlət televiziyasından yayımlanan “Fitilə” adlı proqramda azərbaycanlılar təhqir olunub. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Aksiyalarda yüzlərlə insan tutulduğu, xeyli sayda yaralıların olduğu bildirilir.

Verilişin yayımlandığı televiziya rəhbərliyi azərbaycanlılardan üzr istəsə də soydaşlarımız bunu qəbul etməyib və hadisədən bir neçə gün keçməsinə baxmayaraq etiraz aksiyalarına davam ediblər.
Diaspora