ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə bu həftə və ya gələn həftə görüşə biləcəyini deyib.
RBC-Ukrayna bu barədə Sky News-a istinadən xəbər verir.
Tramp deyib ki, Zelenski ilə görüşü Ukrayna və ABŞ arasında nadir torpaq metalları ilə bağlı sazişin imzalanması üçün baş tuta bilər.
Nəşrin məlumatına görə, Tramp görüşün “bu həftə və ya gələn həftə baş tuta biləcəyini bildirib.
“Hər kəs (G7 liderləri – red.) müharibənin sona çatması arzusunu ifadə etdi və mən ABŞ və Ukrayna arasında kritik minerallar və nadir metallar üzrə həyati əhəmiyyətli sazişin vacibliyini vurğuladım və ümid edirik ki, bu saziş çox tezliklə imzalanacaq”, - Tramp bildirib.
QAZİLER.AZ