BMT Baş Assambleyası Ukraynadakı münaqişə ilə bağlı Rusiya əleyhinə qətnaməni təsdiqləyib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, sənədin lehinə 93 ölkə, əleyhinə 18 dövlət səs verib, daha 65 ölkə bitərəf qalıb.
Qətnaməni Ukrayna 50-dən çox tərəfdaş ölkə ilə birlikdə hazırlayıb. Onların arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa, Baltikyanı ölkələr və s. var.
Eyni zamanda Çin, İran, Şimali Koreya, Belarus və Suriya kimi ölkələr qətnamənin əleyhinə çıxış ediblər. Bitərəf qalanlar arasında Hindistan, Braziliya və Cənubi Afrika da var.
Sənəd Rusiyanın Ukrayna ərazisindəki hərəkətlərini pisləyir və münaqişəyə dərhal son qoymağa çağırır.
QAZİLER.AZ