Gürcüstanın addımları Avropaya doğru yönəlməyib - Kaya Kalas

Gürcüstanın addımları Avropaya doğru yönəlməyib - Kaya Kalas backend

“Bütün nümayişçilər dərhal azad edilməlidir. Gürcüstanın atdığı addımlar Avropaya doğru yönəlməyib".

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bunu Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Kalasın fikrincə, “Gürcüstan mütləq səhv addımlar atır”.

“Biz Gürcüstandakı mövcud vəziyyəti qısaca müzakirə etdik. Repressiv qanunvericiliyin qəbulu və etirazçılara qarşı həddindən artıq güc tətbiqi regionda narahatedici vəziyyət yaradır. Bütün bu nümayişçilər dərhal azad edilməlidir. Görünən odur ki, Gürcüstanın atdığı addımlar Avropaya doğru yönəlməyib. Biz Gürcüstan kimi namizəd ölkələrdən müəyyən dəyərlər və addımlar gözləyirik. “Aydındır ki, Gürcüstan həqiqətən düzgün addımlar atmır”, - Kaya Kalas deyib.

QAZİLER.AZ

Diaspora