Litva prezidenti Ukraynanın Aİ-də ola biləcəyi tarixi açıqladı

Litva prezidenti Ukraynanın Aİ-də ola biləcəyi tarixi açıqladı backend

Litva Ukraynanı Aİ-yə üzvlüyünü sürətləndirməyə çağırır.

Ukraynanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa hazırlaşarkən əldə etdiyi irəliləyiş diqqətəlayiqdir və 2030-cu il bu prosesi başa çatdırmaq üçün real son tarix kimi görünür.

Bu fikri Litva Prezidenti Qitanas Nauseda “Ukraynaya dəstək” plenar iclasının yekunları üzrə deyib.

"Burada başa düşürük ki, hər şey bizim əlimizdə deyil. Burada qərar digər müttəfiqlərin qərarından asılıdır. Amma Ukraynanın Avropa İttifaqına üzvlüyü, bu, Avropa İttifaqı üzvlərinin əlindədir və təbii ki, Ukraynanın əlindədir. Və ukraynalılar belə çox çətin şəraitdə belə misilsiz bir iş görürlər. Buna görə də ümid edirəm ki, bu, real tarixdir. İddialı səslənir, amma dedim", - o, qeyd edib.

QAZİLER.AZ

Diaspora