Makron danışıqlar üçün Ağ Evə gedib - Tramp onu qarşılamayıb - VİDEO

Makron danışıqlar üçün Ağ Evə gedib - Tramp onu qarşılamayıb - VİDEO backend

Fransa prezidenti Emmanuel Makron ABŞ-a səfər edib. O, Amerika lideri Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gəlib.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.

Makron avtomobillə Ağ Evə gələndə Tramp onu girişdə qarşılamayıb. Əvəzində Fransa prezidentini ABŞ dövlət katibinin müavini Monika Krouli qarşılayıb.

Nəşr aydınlaşdırır ki, görüş zamanı Makron və Tramp böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə davam edəcəyi ilə bağlı kəskin fikir ayrılıqları fonunda dayandırılması perspektivlərini müzakirə edəcəklər.

İki liderin G7 toplantısına qatılması, ikitərəfli danışıqlar aparması və daha sonra yerli vaxtla saat 14:00-a  planlaşdırılan birgə mətbuat konfransı planlaşdırılır.

Nəşrin yazdığına görə, Makron Trampı Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi bağlamağa tələsməməyə və nəyin bahasına olursa olsun bunu etməməyə inandırmağa çalışa bilər.

QAZİLER.AZ

 

Diaspora