Starmer Ukraynaya qoşun göndərməyə hazır olduğunu təsdiqlədi

Starmer Ukraynaya qoşun göndərməyə hazır olduğunu  təsdiqlədi backend

Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, London öz qoşunlarını göndərməklə Ukraynada sülhü təşviq etməyə hazırdır.

Qaziler.az xəbər verir ki, onun sözlərini “European Pravda” yayıb.

Starmer vurğulayıb ki, davamlı sülh üçün Ukrayna danışıqlar masası arxasında oturmalıdır və istənilən həll suverenlik və təhlükəsizlik təminatlarına əsaslanmalıdır.

"Böyük Britaniya digər avropalılarla və qoşunları ilə birlikdə Ukraynanı dəstəkləməyə hazırdır", - Britaniyanın baş naziri deyib.

Onun sözlərinə görə, Rusiyanın münaqişədə kozırları qalmayıb, Ukraynanın isə “ölkəsini müdafiə etmək cəsarəti var”. Siyasətçi həmçinin hesab edir ki, Moskvanın iqtisadi vəziyyəti pis durumdadır. Böyük Britaniyanın baş naziri davamlı sülhə nail olmaq üçün Rusiyaya təzyiqi artırmaqla bağlı çağırış edib.

QAZİLER.AZ

Diaspora