İspaniya Ukraynaya 1 milyard avro yardım paketi verəcək.
Qaziler.az xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes “X” sosial media hesabında bildirib.
Siyasətçinin fikrincə, “diplomatiya kifayət etməyəcək” və onu “daha çox güc və birliklə” birləşdirmək lazımdır.
“Ukrayna ədalətli və davamlı sülhə nail olmalıdır. Mən indicə Kiyevdə elan etdim ki, İspaniya Ukrayna xalqına 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərəcək”, - Sançes yazıb.
QAZİLER.AZ