Fransa Xarici İşlər Nazirliyinin nümayəndələri Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumu pisləyiblər.
Qaziler.az bu barədə TASS-a istinadla məlumat verir.
“Fransa diplomatik nümayəndəliklərin təhlükəsizliyinə hər hansı hücumu pisləyir”, - deyə bəyanatda bildirilir.
Fevralın 24-də Rusiyanın Marseldəki baş konsulluğunun ərazisinə naməlum şəxslər tərəfindən iki “molotov kokteyli” atdıqdan sonra partlayış baş verib.
QAZİLER.AZ