Rusiya Ukraynanın NATO-nun bir hissəsi olmayacağına dair “aydın və sərt” razılaşma tələb edir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp da Kiyevin Şimali Atlantika Alyansına “sürüklənməsini” səhv adlandırıb.
“Bütün bu reallıqlara hörmət, təbii ki, məcburidir. Ukraynanın NATO-ya qatılmaması da eyni dərəcədə məcburidir. Bununla bağlı aydın və sərt razılaşma olmalıdır”, - Lavrov deyib.
Nazir əlavə edib ki, Ukraynanın Alyansa cəlb edilməsi münaqişənin əsas səbəblərindən biridir. Onun sözlərinə görə, böhran ABŞ-nin əvvəlki administrasiyası, eləcə də Avropa bürokratiyası tərəfindən çoxdan hazırlanıb.
QAZİLER.AZ