Rusiyanın Marseldəki Baş Konsulluğunda baş verən partlayış nəticəsində heç bir əməkdaşı xəsarət almayıb.
Qaziler.az xəbər verir ki, bu barədə RT Rusiyanın Fransadakı səfirliyinə istinadən xəbər verir. İdarədən verilən məlumata görə, maddi ziyan dəyməyib.
Fevralın 24-də saat 07:30-da naməlum şəxslər konsulluğumuzun ərazisinə “Molotov kokteyli” atıblar. Baş konsulluğun əməkdaşları xəsarət almayıb, maddi ziyan da yoxdur”, - deyə məlumatda bildirilir.
Hazırda səfirliyin yerli hüquq-mühafizə orqanları ilə sıx əlaqədə olduğu qeyd edilir. Hücum edənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.
QAZİLER.AZ