Ukrayna ərazisində silahlı münaqişə bu həftə dayandırıla bilməz.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı deyib.
"Bu həftə Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bu müharibəni bitirmək mümkün deyil", - deyib.
Zelenskinin sözlərinə görə, münaqişəni həll etmək üçün ABŞ prezidenti Donald Trampla görüş keçirməlidir.
Xatırladaq ki, Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlərə müsahibəsində deyib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatması ilə bağlı razılaşmanın artıq bu həftə əldə olunacağına qəti əmindir.