Dəstə lideri məhkəmə binasında güllələndi

Dəstə lideri məhkəmə binasında güllələndi backend

Qanemulle Sanciva kimi tanınan dəstə lideri Sanciva Kumar Samararatne Şri-Lankada məhkəmə binasında öldürülüb.

QAZİLER.AZ  Lent.az-a istinadən bildirir ki,  təqsirləndirilən şəxs 2023-cü ilin sentyabrından həbsdədir. 

O, həmin gün onlarla polis əməkdaşının müşayiəti ilə məhkəmə binasına gətirilib. Samararatneni güllələyən şəxs içi boş kitabda gizlədilən revolverdən istifadə edərək vəkil qiyafəsində olub. Polis kitabı 25 yaşlı Pinpura Devaqe İşara Syuvandinin gətirdiyini bildirib. Hakimiyyət onun haqqında məlumat verənə mükafat vəd edib.

Samararatnenin özü yaralandıqdan sonra xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü elan ediblər.

Qeyd olunur ki, məhkəmə zalında baş verən atışma, hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini elan etdiyi cinayətkar dəstələr arasında silsilə qarşıdurmaların sonuncu epizodu olub

İnsidentdən sonra hökumət xüsusilə təhlükəli şəxsləri müşayiət edərkən silahlı mühafizəçilərin yerləşdirilməsi də daxil olmaqla yeni məhkəmə mühafizə protokollarını elan edib.

Diaspora