Fevralın 22-də qaçırılan 6 nəfərin azad edilməsindən sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz indiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HƏMAS hələ də 63 nəfəri girov saxlamaqdadır. İsrail hökuməti onları geri qaytarmaq üçün səylərini davam etdirməyə qətiyyətlə sadiqdir”, - deyə Baş nazir bildirib.