Kanadanın Müdafiə naziri Harcit Sacan ölkəsinin İŞİD-lə mübarizə aparmağa lüzum görmədiyini açıqlayıb. Axar.az xəbər verir ki, nazir terror təşkilatının kanadalılar üçün o qədər də təhlükəli olmadığını deyib.
“İŞİD dünya üçün təhlükəlidir. Buna heç bir şübhə yoxdur. Amma Kanada üçün bunu demək olmaz. Kanadalılar İŞİD-dən qorxmamalıdır. Ölkənin təhlükəsizlik xidməti xalqın rahat həyat tərzini təmin edir”, - nazir qeyd edib.
Oktyabrın 19-da Baş nazir Castin Tryudonun beynəlxalq koalisiyanın tərkibindən çıxmaq barədə dediyi fikirlərə toxunan nazir döyüş təyyarələrinin ölkəyə qayıtması ilə bağlı hələlik qərar verilmədiyini bildirib.