İlon Maskın keçmiş həyat yoldaşı, müğənni Qrayms övladı ilə bağlı sosial media vasitəsilə Maska mesaj ünvanlayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Maskın 3 uşağının anası olan musiqiçi sosial media platformasında etdiyi və sonra sildiyi paylaşımlarda keçmiş həyat yoldaşından uşağının sağlamlığına görə yardımına cavab verməsini tələb edib.
Qrayms mesajında bu yazıları ictimaiyyətə açıqladığı üçün təəssüfləndiyini bildirib:
“Dərhal cavab verməsən uşaq ömürlük əlil olacaq. Ancaq bu vəziyyətə məhəl qoymamaq artıq qəbuledilməzdir. Bu vəziyyətin dərhal həll edilməsi lazımdır. Mənimlə danışmaq istəmirsənsə, zəhmət olmasa, bu məsələni həll edə biləcək birini təyin et və ya birini işə götür. Bu, təcili vəziyyətdir, İlon”.