Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov tənhalıq problemi ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyində ayrıca departamentin yaradılması imkanının nəzərdən keçirilməsini təklif edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, müvafiq müraciət səhiyyə naziri Mixail Muraşkoya göndərilib.
“Tənhalıq geniş spektrli psixoloji və fizioloji xəstəliklərin əsas səbəblərindən biridir və onun nəticələri dövlət səviyyəsində sistemli yanaşma tələb edir", - sənəddə deyilir.
Deputatın fikrincə, idarə ruslar arasında tənhalığın səviyyəsini azaltmaq üçün tədbirlər işləyib hazırlamalı, eləcə də profilaktika proqramlarını əlaqələndirməli və ictimai təşkilatlara əməkdaşlıq yolu ilə dəstək göstərməlidir.
Çernışov vurğulayıb ki, tənhalıq problemi təkcə sosial hadisə deyil, əhalinin həyat və sağlamlığına təsir edən amildir.