Tramp mayın 9-da Moskvaya gələ bilər - "Le Point"

Tramp mayın 9-da Moskvaya gələ bilər -  "Le Point" backend

ABŞ prezidenti Donald Tramp mayın 9-da Moskvaya “çox güman ki, gələcək”. Orada o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə "Le Point"ə istinadən xəbər verir.

Nəşr iddia edir ki, Trampın Moskvaya səfəri ilə bağlı məlumat adı açıqlanmayan mənbələr tərəfindən bildirilib.

“Le Point” yazır ki, bu yolla Tramp və Putin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh danışıqlarında “birgə qələbəni qeyd edəcəklər”.

Jurnalistlər qeyd edirlər ki, bu, Amerika liderinin mayın 9-da Moskvaya səfəri “ilk dəfə olmayacaq”.

QAZİLER.AZ

Diaspora