ABŞ prezidenti Donald Tramp deyib ki, o, Zelenskinin Rusiya ilə danışıqlarda iştirakına ehtiyac olmadığını düşünür.
Qaziler.az bildirirki, Tramp bunu Fox News radiosuna müsahibəsində deyib.
Trampın sözlərinə görə, Zelenskinin Rusiya və ABŞ arasında danışıqlarda iştirakı “prioritet deyil”, çünki Ukrayna lideri guya “danışıqlarda pis işləyiır”.
"Mən hesab edirəm ki, onun görüşlərdə olması o qədər də vacib deyil. Bu, prioritet deyil, çünki o, indiyə qədər bu qədər pis danışıqlar aparıb. Əvvəldən müharibə olmamalı idi, əgər olsaydı, dərhal həll edilməli idi. Bunu etmək olardı", - deyə o bildirib.
Tramp həmçinin bir daha bəyan edib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısı alına bilərdi.
Eyni zamanda o, işğala görə Rusiyanı məsuliyyət daşıdığını vurğulayıb.
"Rusiya hücum etdi. Lakin onların hücumu üçün heç bir səbəb yox idi... Bu müharibə heç vaxt baş verməməli idi", - Tramp vurğulayıb.
QAZİLER.AZ