Bolqarıstan Milli Assambleyası öz qoşunlarının Ukraynadakı münaqişədə iştirak imkanlarının məhdudlaşdırılması haqqında bəyannamə qəbul edib.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
Fevralın 21-də parlamentin 166 üzvü bu qərarı dəstəkləyib, ancaq “Vozrojdenie” partiyasının üzvləri onun əleyhinə çıxış edərək, sənəddə qadağanın daha aydın ifadəsini tələb etdiyini bildiriblər.
İki saata yaxın davam edən debat parlamentin rəsmi saytında yayımlanıb. Bəyannamədə Bolqarıstan silahlı qüvvələrinin Ukraynada NATO müttəfiqlik öhdəlikləri və Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində digər beynəlxalq öhdəlikləri çərçivəsindən kənara çıxan hərbi əməliyyatlarda iştirak etməyəcəyi nəzərdə tutulur.
QAZİLER.AZ