Bolqarıstan parlamenti NATO və digər beynəlxalq təşkilatlar daxilindəki missiyalar istisna olmaqla, öz ordusunun Ukraynaya göndərilməsini qadağan edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Novinite” nəşri yazıb.
“Bolqarıstan parlamenti Bolqarıstan hərbi qüvvələrinin ölkənin NATO, Aİ, BMT və ATƏT çərçivəsində götürdüyü müttəfiq öhdəlikləri xaricində Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməməsini təsdiq edən bəyannamə qəbul edib”, - məlumatda deyilir.
Nəşr qeyd edib ki, Bolqarıstan parlamenti tərəfindən qəbul edilmiş bəyannamə münaqişənin diplomatik yolla həllinə çağırır, Bolqarıstanın gərginliyin azaldılması təşəbbüslərini və sülh danışıqlarını dəstəkləməyə sadiqliyini vurğulayır.
QAZİLER.AZ