Putin sanksiyaların Rusiyaya təsirindən DANIŞDI

Putin sanksiyaların Rusiyaya təsirindən DANIŞDI backend

Rusiya prezidenti Vladimir Putin Moskvada “Gələcəyin Texnologiyaları” forumunun plenar iclasında çıxışı zamanı Rusiyaya qarşı sanksiyaların ölkə üçün stimullaşdırıcı rol oynadığını bildirib.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

O qeyd edib ki, məhdudiyyətlər siyasəti elə edir ki, yerli həllər çox vaxt xarici analoqlardan daha effektiv olur.

“Mən dəfələrlə demişəm ki, xarici problemlər, sanksiyalar bütün çağırışlara və çətinliklərə baxmayaraq, bizim üçün mühüm stimullaşdırıcı rol oynayıb”, - Putin deyib.  

Putinin sözlərinə görə, hazırda Rusiya şirkətləri getdikcə daha çox rus alimlərinə müraciət edirlər.

QAZİLER.AZ

Diaspora