HƏMAS fevralın 22-də azad ediləcək girovların siyahısını VERİB

HƏMAS fevralın 22-də azad ediləcək girovların siyahısını  VERİB backend

İsrail Fələstinin HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində fevralın 22-də Qəzza zolağından azad ediləcək girovların siyahısını alıb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Siyahıya daxil olan girovların ailələrinə məlumat verilib", - məlumatda deyilir.

Bir gün əvvəl məlum olmuşdu ki, girovlar siyahısında altı İsrail vətəndaşı var.

Xatırladaq ki, yanvarın 19-da HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs elan edilib. Atəşkəsin ən azı 42 gün davam edəcəyi gözlənilir. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalıdır, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

QAZİLER.AZ

Diaspora